Son durum açıqlandı: "Bakının 100, regionların 80 faizində elektrik enerjisi bərpa olunub"


Digərləri 03 İyl 2018 10:34:08 293 0

Son durum açıqlandı: "Bakının 100, regionların 80 faizində elektrik enerjisi bərpa olunub"

Bu dəqiqəyə olan məlumata görə ölkənin elektroenergetika strukturlarının gərgin əməyi sayəsində respublika və paytaxt Bakının böyük hissəsi elektrik enerjisi ilə təchiz olunub.

Son.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Onun sözlərinə görə, artıq Bakının 100 faizinə, regionların isə ümumilikdə 80 faizinə elektrik enerjisi verilib: "Bakı Metropoliteni, xəstəxanalar, hərbi hissələr, su kanalizasiya və başqa dövlət əhəmiyyətli obyektlər tam şəkildə elektrik şəbəkəsinə qoşulub. İstehsalçı "Azərenerji" ASC tərəfindən elektrik enerjisi ötürüldükcə, paylayıcı "Azərişıq" ASC abonentləri işıqla təmin edəcək. İstehlakçıların keyfiyyətli, fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təchiz edilməsi istiqamətində zəruri bütün addımlar atılır və ən qısa vaxtda 100 faiz problem aradan qaldırılacaq".