“Biz sevgili deyilik”


Şou-biznes 03 İyl 2018 09:54:00 308 0

“Biz sevgili deyilik”

Bu günlərdə həyat yoldaşı ilə boşandığını, daha sonra isə barışdığını deyən Sevda Sanəliyeva şəxsi həyatında baş verənlərə aydınlıq gətirib.

Son.az xəbər verir ki, yenicag.az-a açıqlama verən sənətçi həyat yoldaşı ilə aralarında yaranan xırda inciklik üzündən bu addımı atdığını bildirib:

"Aramızda xırda inciklik oldu, küsdük. Əsəbiləşdim və boşandığımızı yazdım. Özünə də dedim ki, bunu yazacam. Dəfələrlə mənə dedi ki, bunu eləmə. Ər-arvad arasında belə şeylər olur. Biz bir-birimiz olmadan yaşaya bilmirik. O mənsiz qala bilməz, mən onsuz. Uşaqlarsız isə dözə bilməz".