Qazaxda maşın aşıb, iki nəfər xəsarət alıb


Digərləri 03 İyl 2018 08:53:00 301 0

Qazaxda maşın aşıb, iki nəfər xəsarət alıb

Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Qazax rayonu ərazisindən keçən hissəsində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, hərəkətdə olan avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 31 yaşlı Gəncə şəhər sakini Bayramov Eşqin Tofiq oğlu və daha bir nəfər xəsarət alıb.

Hər iki yaralıya tibbi yardım göstərilib, vəziyyətləri normaldır.