Mingəçevirdə qadını maşın vurub


Digərləri 03 İyl 2018 08:18:00 243 0

Mingəçevirdə qadını maşın vurub

Mingəçevir şəhərində piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Son.az "Report"a istinadən bildirir ki, hadisə şəhərin Heydər Əliyev prospektində, Sənaye Parkı yaxınlığında baş verib.

"Mercedes" markalı avtomobil yolu keçmək istəyən 1980-ci il təvəllüdlü şəhər sakini Əhmədova Nuranə Rəhman qızını vuraraq xəsarət yetirib.Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.