Azərbaycan neftinin SON QİYMƏTİ


Digərləri 02 İyl 2018 23:27:00 282 0

Azərbaycan neftinin SON QİYMƏTİ

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 80,53 dollar/barel təşkil edib ki, bu da cümə axşamı gününə olan göstəricidən 1,92 dollar dollar/barel çoxdur. Son.az bildirir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyunun 29-da 79,90 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,92 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyunun 29-da 76,65 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 1,98 dollar/barel çoxdur.