Kondisionerin uşaqlara MƏNFİ TƏSİRİ


Digərləri 02 İyl 2018 21:05:00 249 0

Kondisionerin uşaqlara MƏNFİ TƏSİRİ

Son günlər ölkə ərazisinə Şimali Afrikadan daxil olan isti hava kütlələri səbəbindən anomal istilər müşahidə edilir. Bakıda havanın temperaturu normadan 6.6 dərəcə yüksəkdir. İyulun 4-dək ölkə ərazisində isti hava kütlələri hakim olacaq, temperatur 43 dərəcəyə yüksələcək. Sinoptiklər sabah Bakıda 41 dərəcə isti proqnozlaşdırır.

Son.az xəbər verir ki, tanınmış pediatr Vaqif Qarayev bu günlərdə uşaqların olduğu mühitdə kondinsionerdən istifadə ilə bağlı bəzi tövsiyələr açıqlayıb.

Qızmar yay günlərində kondisionersiz ötüşmək mümkünsüz olduğunu deyən, V.Qarayev bildirib ki, sərinlik gətirmə baxımından komfort yaratsa da, ziyanlı tərəfləri də var.