Çikaqoda klassik musiqi gecəsi keçirilib


Digərləri 02 İyl 2018 20:09:43 233 0

Çikaqoda klassik musiqi gecəsi keçirilib

Çikaqo şəhərində Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin təşkilatçılığı ilə klassik musiqi gecəsi keçirilib.

Bakı. Amerika Birləşmiş Ştatlarının Müstəqillik Günü münasibəti ilə Çikaqo şəhərində Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin təşkilatçılığı ilə klassik musiqi gecəsi keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, musiqi gecəsi Türk Amerika Mədəniyyət İttifaqının mərkəz binasında təşkil edilib. Gecənin gənc iştirakçıları Michael Naği, Russel Naği, Nəzrin Məmmədova, Ayxan Əzimov, Məryəm Əzimova, Leia Zarinebaf, Araz Zarinebaf və Sabir Əliyev maraqlı musiqi nömrələri ilə çıxış ediblər.