Sarqsyanın qardaşı və onun övladlarından 6,8 milyonluq fırıldaq


Dünya 02 İyl 2018 19:18:00 245 0

Sarqsyanın qardaşı və onun övladlarından 6,8 milyonluq fırıldaq

Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın qardaşı, ölkənin xüsusi məsələlər üzrə səfiri Lev Sarqsyan və övladları qanunsuz olaraq 6,8 milyon dolları müvafiq qurumlardan gizlətməkdə şübhəli bilinirlər.

Son.az report-a istinadən xəbər verir ki, məlumatı ölkənin Xüsusi İstintaq Xidmətinin mətbuat katibliyi yayıb.

İttiham aktında qeyd olunub ki, L.Sarqsyan, onun oğlu Narek və qızı Ani cinayət əməlində şübhəli bilinirlər. "C-el-C layihə şirkəti" Səhmdar Cəmiyyətinin ofisində aparılan axtarış nəticəsində müəyyən olunub ki, 2017-ci ilin ikinci yarısında onların adına Ermənistan banklarından biri pul köçürüb. Onlar bu məbləği vergi bəyannaməsində göstərməyiblər.