Ailəli qadınla tanış oldu, intim əlaqəyə girdi, videoya çəkdi, sonra...


Digərləri 02 İyl 2018 16:49:00 229 0

Ailəli qadınla tanış oldu, intim əlaqəyə girdi, videoya çəkdi, sonra...

Bakıda qadını intim fotoları ilə şantaj etməkdə təqsirli bilinən Samir İsmayılzadə və Şəhriyar Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Son.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edən Əfsanə Məmmədova (ad və soyad şərti verilib) İnstaqramda tanış olduğu kişinin onu şantaj etdiyini bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Füzuli rayon sakini Samir İsmayılzadə zərərçəkəndən 2000 manat alan zaman saxlanılaraq məsuliyyətə cəlb olunub.

Samir İsmayılzadə ifadəsi zamanı 2016-cı ilin sentyabr ayından saxlanılana qədər həmin xanımdan hədə-qorxu yolu ilə 10500 manat aldığını etiraf edib.

Məlum olub ki, Samir İsmayılzadə qadınla tanış olandan sonra onun intim video və fotolarını ələ keçirib. O, həmin fotolar və video ilə qadını şantaj edib.

Samir İsmayılzadə qadından pul alan zaman onunla birlikdə dostu Şəhriyar Abbasov da olub.

İki dost birlikdə Əfsanə Məmmədovanı şantaj ediblər. Ailəli olan qadına həmin görüntüləri ərinə göndərməklə də hədələyiblər.