"Nar" Bakı Biznes Universitetində keçirilmiş əmək yarmarkasında iştirak etdi


Digərləri 02 İyl 2018 16:55:00 298 0

"Nar" Bakı Biznes Universitetində keçirilmiş əmək yarmarkasında iştirak etdi

29 iyun 2018-ci ildə Bakı Biznes Universiteti tərəfindən təşkil edilmiş əmək yarmarkasında iştirak edən "Nar" müxtəlif vakant vəzifələrə sənəd qəbulu elan etdi. Əmək yarmarkasının keçirilməsində əsas məqsəd təşkilatçı universitetin tələbə və məzunlarının yiyələndikləri ixtisaslar üzrə müvafiq işlə təmin edilmələrinə dəstək göstərilməsindən ibarət idi. Eyni zamanda, tədbirə digər universitetlərdə təhsil alan tələbələr və məzunlar da dəvət edilmişdilər. 

Qeyd edək ki, özünün korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində təhsil və məşğulluğa böyük önəm verən "Nar" mütəmadi olaraq müxtəlif əmək yarmarkalarında iştirak edərək gənc kadrları şirkətdə ixtisasları üzrə işlə təmin etməyə çalışır. Daha öncə, fiziki məhdudiyyətli gənclərin işlə təmin edilməsi üçün təşkil edilmiş yarmarkada iştirak edən mobil operator belə gənclərin cəmiyyətə inteqrasiya edilməsi yönündə müxtəlif layihələr həyata keçirir.

Qeyd edək ki, ADA universitetində keçirilmiş tələbələr üçün əmək yarmarkasında isə "Nar" "Ən yaxşı işəgötürən şirkət" mükafatına layiq görülmüşdü. Mobil operatorun həyata keçirdiyi layihələr haqqında daha ətraflı nar.az internet səhifəsindən məlumat əldə etmək olar.