Külli miqdarda narkotikin ölkəyə gətirilməsinin qarşısı alındı FOTO


Digərləri 02 İyl 2018 16:10:00 285 0

Külli miqdarda narkotikin ölkəyə gətirilməsinin qarşısı alındı  FOTO

Mütəşəkkil cinayətkar qrupların külli miqdarda narkotik vasitələri dövlət sərhədini pozmaqla qaçaq­malçılıq yolu ilə ölkə ərazisinə gəti­ril­məsinə qarşı Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən tədbirlər davam etdirilir.

DSX-nın Mətbuat Mərkəzindən Son.az-a verilən məlumata görə, iyunun 30-da keçirilmiş əməliyyat tədbiri nəticəsin­də DSX əməkdaşları tərəfindən Astara rayonu ərazisində Astara şəhər sakini 1998-ci il təvəllüdlü Əhmədov İbrahim Zakir oğlu 2 kq heroin və 568 qram metofitamin ilə saxlanılıb.

Fakt üzrə keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticə­sin­də Astarada narko­tik vasitəni qəbul edərək sifarişçiyə çatdır­malı olan As­ta­ra şəhər sakini 1987-ci il təvəllüdlü Abdullayeva Aynur Mahir qızı saxlanılıb, narkotik vasitənin sifarişçisinin də şəxsiyyəti mü­əy­­yən olunub.


Xəbərə aid fotolar