Azərbaycan: sülh və rifahın müdafiəsində qlobal tərəfdaş


Digərləri 02 İyl 2018 12:39:00 327 0

Azərbaycan: sülh və rifahın müdafiəsində qlobal tərəfdaş

1991-ci ilin oktyabrında müstəqilliyini elan etmiş Azərbaycan bir müddət sonra, daha dəqiq desək, Heydər Əliyevin hakimiyyətə gəlişilə irəliləməyə başlayıb və elə o andan ölkə Avropa İttifaqının (Aİ) demokratik dəyərlərini qəbul edib. Əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycan həmin dövrdən etibarən sabit, inkişaf edən və dünyəvi ölkəyə çevrilib.

Bakı uzun illər ABŞ və NATO ilə müxtəlif sahələrdə, xüsusilə, təhlükəsizlik, terrorçuluqla mübarizə və demokratik institutların gücləndirilməsi sahəsində sıx əməkdaşlıq edib.

Azərbaycan Silahlı Qüvvələri uzun müddətdir ki, ABŞ və NATO-nun hərbi qüvvələriylə birgə çalışır. Bu ölkənin öhdəliklərə möhkəm bağlı olması Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin Əfqanıstandakı əməliyyatlarına da öz töhfəsini verib.

Bununla yanaşı, Azərbaycan qərbli müttəfiqlərlə sıx əməkdaşlıq edən yeganə müsəlman ölkəsidir. O, NATO-nun hərbi birləşmələri üçün vacib logistik mərkəzə çevrilib. Bu gün NATO yükləri Əfqanıstan və İraqa məhz buradan göndərilir. Azərbaycan Silahlı Qüvvələrisə Əfqanıstanda terrorçuluqla mübarizədə fəal iştirak edir.

2016-cı ildə "Avropa İttifaqının xarici və təhlükəsizlik siyasəti üzrə Qlobal Strategiya" adlı sənəd qəbul edilib. Sənəddə deyilir ki, "...Aİ münaqişələrin və yoxsulluğun kökünün kəsilməsi, insan haqlarının inkişafına yardım edilməsi məqsədilə qlobal səviyyədə fəaliyyət göstərəcək... Aİ sülhün yaradılmasına prinsipial yanaşacaq və bu istiqamətdə praktiki addımlar atacaq. Diqqətimizi şərq və cənub regionlarına da cəmləyəcəyik. Bu zaman öhdəliyimizi nəzərə alaraq, hər bir konkret məsələyə ayrı baxacağıq. Aİ kompleks yanaşma sayəsində insanların təhlükəsizliyinin təminatına yardım göstərəcək".

Azərbaycan hərbi birləşmələrini və resusrlarını terrorçuluqla və mütəşəkkil cinayətlə mübarizəyə cəlb edib. Lakin Aİ-nin "Qlobal Strategiya"sı və ABŞ-ın siyasəti konkret məsələlərlə layiqli şəkildə məşğul olmaq, məsələn, hələ də davam edən Dağlıq Qarabağ münaqişəsinin həlli üçün kifayət deyil. Ermənistan ordusu Azərbaycan ərazisinin 20%-dən çoxunun işğalını davam etdirir, mülki azərbaycanlılara əzab verir, ətraf mühiti məhv edir, zorakılıq aktlarına əl atır.

Aİ-nin hədəfi mümkün siyasi vasitələrdən yararlanaraq, münaqişələrin qarşısının alınması və idarə edilməsidir. Amma onun Dağlıq Qarabağ münaqişəsiylə bağlı siyasəti iflasa uğrayıb. Çünki rəsmi Brüssel bu münaqişənin həlli, Azərbaycanın ərazi bütövlüyünün təmini və Ermənistanın məsuliyyətə cəlb olunması məsələsi gündəmə gələn zaman susur.

Ümumiyyətlə, Aİ və NATO-nun Əfqanıstan, Mali, Somali, Suriya, həmçinin Avropa, Afrika və Aralıq dənizi hövzəsində davam edən digər münaqişələrin həllində də aparıcı oyunçu olmadığını görürük. Aİ ilə NATO-nun Yerevandakı faşist rejiminin Azərbaycanın suveren ərazilərində insanlığa qarşı cinayətlərini susqunluqla qarşıladığı bir vaxtda, Bakı 2017-ci ildə NATO-nun Əfqanıstankı "Qətiyyətli dəstək" missiyasına yardım üçün 70 nəfərlik hərbi birləşmə göndərib. Bununla da o, Əfqanıstanın təhlükəsizliyinə və sabitliyinə həyati əhəmiyyətli yardım göstərib.

AZƏRTAC-ın 2018-ci ilin əvvəllərində verdiyi məlumata görə, "Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev azərbaycanlı sülhməramlıların sayının (Əfqanıstandakı "Qətiyyətli dəstək" missiyasında) artırılacağını bəyan edib".

2017-ci il dekabrın 29-da isə Milli Məclis "Azərbaycan Respublikası Silahlı Qüvvələri tağımlarının Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələri taborunun tərkibində, NATO strukturlarının ümumi komandanlığı altında Əfqanıstanda yerləşdirilməsinə və müvafiq əməliyyatlarda iştirak etməsinə razılıq verilməsi haqqında" qərarında dəyişiklik edib. Nəticədə 2018-ci ilin əvvəllindən etibarən Əfqanıstanda azərbaycanlı sülhməramlıların sayı 94-dən 120-yə qaldırılıb.