Yelkənçilərimiz Avropa çempionatında uğurla iştirak edib (FOTO)


Digərləri 02 İyl 2018 11:37:11 245 1

Yelkənçilərimiz Avropa çempionatında uğurla iştirak edib (FOTO)

Haaqada Scheveningen dəniz limanında "Optimist" sinfi üzrə keçirilən Avropa çempionatı sona çatıb.

Bakı. Haaqada Scheveningen dəniz limanında "Optimist" sinfi üzrə keçirilən Avropa çempionatı sona çatıb. 23-30 iyun tarixlərində 2018-ci ilin Optimist Avropa Çempionatı mükəmməl yelkən şəraitində keçirilib. Azərbaycan Yelkənli İdman Federasiyasından Trend-ə verilən məlumata görə, yelkənçilərimiz Avropa çempionatında ölkəmizi müvəffəqiyyətlə təmsil ediblər. Çətin hava şəraitinə baxmayaraq yelkənli və digər su idmanlarına həsr olunan Avropa çempionatında uğurla iştirak edən yelkənçilərimizin yarışlarda fədakar iştirakı beynəlxalq səviyyəli məşqçilərin diqqətini cəlb edərək xüsusi rəğbətlə qarşılanıb. Təcrübəli və dünya şöhrətli yelkənçilərin iştirak etdiyi Avropa çempionatında yelkənçilərimizin Azərbaycanı təmsil etməsi və idmançılarımızın uğurlu iştirakı gələcəkdə də bu cür yarışlara daha əzmlə hazırlaşmağa əsas verir. "Optimist" sinfi üzrə keçirilən Avropa çempionatında Azərbaycanı yelkənçilərimiz Ayla Babayeva, Murad Allahverdi, İsmayıl Kərimov, Murad İsmayılov, Murad Hacı-zadə, Kristina Kərimova, heyətin rəhbəri Burcu Algon Giorgianni, “Optimist” sinfi üzrə baş məşqçi Seyhun Yıldız təmsil ediblər.