"Zöhrə Abdullayeva deyir ki, mənim üçün həyat bitdi"


Digərləri 02 İyl 2018 11:08:00 352 0

"Zöhrə Abdullayeva deyir ki, mənim üçün həyat bitdi"

“Sənətkarımız Zöhrə Abdullayevanın oğlunun 40 mərasiminə getmişdik"

Sənətkarımız Zöhrə Abdullayevanın oğlunun 40 mərasiminə getmişdik. Mən onu tanımadım. Onunla tez-tez görüşən mən... Dərd adamı necə dəyişər?

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri aparıcı İradə İsak sosial şəbəkədə yazıb. O, bir müddət əvvəl oğlunu itirən əməkdar artist Zöhrə Abdullayevadan bəhs edib:

"Bir aya 10 kiloqram itirib. Zöhrə xanım, Allah sizə kömək olsun, səbr versin. Ürəyim parça-parça oldu. Tək övladını itirib. Necə sızlamasın? "Mənim üçün həyat bitdi" deyir. Ovutmaq mümkün deyil. Nə deyim bilmədim. Allah rəhmət eləsin, səbr versindən savayı...".