Azərbaycanın neolit dövrü insanlarının DNT-si araşdırılacaq - Türkiyədə (FOTO)


Digərləri 02 İyl 2018 11:01:46 294 0

Azərbaycanın neolit dövrü insanlarının DNT-si araşdırılacaq - Türkiyədə (FOTO)

Türkiyə Cümhuriyyətinin paytaxtı Ankarada yerləşən Hacettepe Universitetinin Antropologiya Fakültəsinin professoru, doktor Yılmaz Selim Erdal AMEA Arxeologiya və Etnoqrafiya İnstitunun dəvəti ilə İnstitutun Elmi Fondunda tədqiqatlara başlayıb.

Bakı. İlhamə İsabalayeva - Türkiyə Cümhuriyyətinin paytaxtı Ankarada yerləşən Hacettepe Universitetinin Antropologiya Fakültəsinin professoru, doktor Yılmaz Selim Erdal AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun dəvəti ilə İnstitutun Elmi Fondunda tədqiqatlara başlayıb. İnstitutdan Trend-ə verilən məlumata görə, tədqiqatlar Avropa Birliyinin Horizon 2020, Consolidator Grant Avropa Tədqiqatlar Şurası və Türkiyə Elm və Texnoloji Qurumu (TUBİTAK) tərəfindən dəstəklənmiş Orta Doğu Texniki Universitetinin (Ankara) Bioloji Elmlər Fakültəsinin doktoru Mehmet Somel`in “Neogen: Neolitik Anadolu toplumlarında genetik və mədəni qarşılıqlı təsirin arxeogenomik analizi” layihəsi çərçivəsində aparılır. Layihədə Orta Doğu Texniki Universiteti, Hacettepe Universiteti və Stokholm (İsveç) Unversitetinin laboratoriyaları iştirak edirlər.