Bakıda "Koreya mətbəxi" adlı festival keçirilib (FOTO)


Digərləri 02 İyl 2018 10:50:00 327 0

Bakıda "Koreya mətbəxi" adlı festival keçirilib (FOTO)

Bu gün Hyatt Regency otelində Koreya Respublikasının Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə "Koreya mətbəxi" adlı festival keçirilib.

Bakı. Bu gün Hyatt Regency otelində Koreya Respublikasının Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə "Koreya mətbəxi" adlı festival keçirilib. Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbir zamanı Koreyadan gələn 4 aşpaz Koreyanın milli mətbəxinə aid Galbijjim, Dakgalbi və Kimçi kimi yeməkləri təqdim ediblər. Bundan əlavə, Koreyanın milli spirtli içkisi olan Makgeolli likoru da qonaqlara təqdim edilib. Koreya yeməyini dadmaq məqsədilə dövlət rəsmiləri və yüksək səviyyəli qonaqlar tədbirə qatılıb. Səfir Kim Çanq-qyu öz açılış nitqində koreyalı aşpazların səfərinin və bu festivalın keçirilməsinin mədəni əlaqələrin inkişafına böyük töhfə verəcəyini əminliklə vurğulayıb. Azərbaycan Milli Kulinariya Assosiasiyasının idarə heyətinin üzvü, baş kulinar Tünzalə Məmmədzadə Azərbaycan və Koreya kulinariya assosiasiyaları arasında cari və gələcək münasibətlərin inkişafı haqqında fikirlərini əlavə edib.