"InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


Digərləri 02 İyl 2018 10:09:30 310 0

"InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

Bakı. InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib. Trend həmin məlumatı təqdim edir: EUR Dünya valyuta birjalarında avronun qiyməti Avropada miqrant probleminin həlli və ABŞ ilə Avropa arasında ticarət əlaqələrinin qaydaya qoyulması öncəsi 1.15-1.17$ dəhlizində ticarət edilməkdədir. Ümumi olaraq 1.15$-a kimi davam edən EUR/USD məzənnəsində qlobal eniş trendinin zəiflədiyinin və qismən bahalaşdığının şahidi oluruq. Qiymətin bu dəhlizdən çıxması üçün isə 1.1720$-ın yuxarı istiqamətdə qırılması önəmlidir. Bundan sonra EUR/USD məzənnəsi 1.1850$-a kimi bahalaşa bilər. Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 12:00 və 18:00-da müvafiq olaraq açıqlanacaq Avrozona və ABŞ-ın sənaye sektorları ilə bağlı önəmli fundamental məlumatlar böyük maraqla gözlənilir. Bu göstəricilər ticarət münasibətlərinin pozulduğu bir dövrdə sənaye sektorunun bundan nə qədər təsirləndiyini ölçmək üçün çox önəmlidir. Cümə günü saat 16:30-da ABŞ-da dərc ediləcək əmək bazarı ilə bağlı statistik göstiricilər də investorların diqqət mərkəzindədir. GBP GBP/USD məzənnəsi keçən həftə ərzində 1.30$-a kimi ucuzlaşmaqla son 7 ayın minimum səviyyəsini yenilədikdən sonra 1.32$-a kimi bahalaşıb və 1.3362$-a kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.