Lopez Obrador prezident seçkilərinin defakto qalibidir


Dünya 02 İyl 2018 08:59:00 267 0

Lopez Obrador prezident seçkilərinin defakto qalibidir

Solçu qüvvələrin koalisiyasından irəli sürülən namizəd Andres Manuel Lopez Obrador Meksikada keçirilən prezident seçkilərində səsvermənin rəsmi nəticələrinin elan olunmasından əvvəl de-fakto qələbə qazanıb. Bu haqda Trend TASS informasiya agentliyinə istinadən xəbər verir.

Ölkə üzrə seçki məntəqələrinin bağlanmasından bir qədər sonra onun prezident seçkilərindəki rəqibləri - Rikardo Anaya, Xose Antonio Mid və Xaime Rodriguez Kalderon öz məğlubiyyətlərini qəbul etdilər.