Bir ailə yol qəzasına düşüb, iki yaşlı qız hadisə yerində ölüb


Digərləri 02 İyl 2018 08:39:00 265 0

Bir ailə yol qəzasına düşüb, iki yaşlı qız hadisə yerində ölüb

Bakı-Qazax magistral yolunda ölümlə nəticələnən yol qəzası baş verib. Son.az APA-ya istinadən bildirir ki, hadisə yolun Şəmkir rayonu ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan "Opel" markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarına aşması nəticəsində 2016-cı il təvəllüdlü Nuray Cavid qızı Məmmədova hadisə yerində ölüb, 3 nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Yaralılar 1977-ci il təvəllüdlü Cavid Məmmədov, onun həyat yoldaşı 1985-ci il təvəllüdlü Aidə Kərimova və qayınanası 1962-ci il təvəllüdlü Dizbəz Kərimovadır. Sürücü (C. Məmmədovun qaynı) və bir azyaşlı uşaq  (C. Məmmədovun övladı) qəzadan xəsarətsiz ötüşüblər. Ölən azyaşlı da C. Məmmədovun övladı olub.

İlkin məlumata görə, qəzaya səbəb avtomobilin şinin partlaması olub.

Faktla bağlı araşdırma aparılır.