Avtoqəzada bir nəfər ölüb


Digərləri 02 İyl 2018 07:48:00 217 0

Avtoqəzada bir nəfər ölüb

Neftçalada baş verən yol-nəqliyyat hadisəsi zamanı avtombildə olan sərnişin ölüb.

Son.az APA-ya istinadən bildirir ki, axşam saatlarında rayonun Müşviq kəndi ərazisində Neftçala rayon sakini, 1959-cu il təvəllüdlü Elxan Dadaşovun idarə etdiyi "Mitsubishi" markalı avtomaşın yoldan çıxaraq aşıb. Qəza zamanı avtomobildə olan sərnişin 1972-ci il təvəllüdlü Rəşid Əsgərov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sürücü isə Neftçala Rayon Xəstəxanasına çatdırılıb, ambulator yardım alaraq evə buraxııb.

Faktla bağlı Neftçala rayon Polis Şöbəsində araşdırma aparılır.