Necə edək ki, sərinləyək, amma xəstələnməyək?


Digərləri 01 İyl 2018 22:26:00 253 0

Necə edək ki, sərinləyək, amma xəstələnməyək?

Həkimlər deyir ki, kondisioner işləyən otaqda uzun müddət qalmaq orqanizmdə fəsadlara yol açır 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Bir çoxları yayın qızmar günlərində dənizə üz tutur, yaxud bölgələrdə istirahət edir. Əlacı olmayanlar isə təsəllini kondisionerin verdiyi soyuq havada tapır. İlk dəfə 1902-ci ildə  ABŞ-da Uillis Kerrier tərəfindən ixtira edilən kondisionerlərdən  əvvəlcə istehsalat yerlərində istifadə edilirdi. Getdikcə kifayət qədər geniş tətbiq olunan cihaz, artıq 1950-ci ildən etibarən məişətdə də yer almağa başlayır. Günümüzdə artıq demək olar ki, heç biri evi, ofisi, ticarət mərkəzini kondisionersiz təsəvvür edə bilmərik. Amma bir çox hallarda evlərdə, ofislərdə otağın temperaturu həddən artıq soyudulur. Görəsən, bu, nə dərəcədə düzgündür? Ümumiyyətlə, kondisionerin yaratdığı soyuq hava orqanizmə necə təsir edir?