Xərçənglə qocalma arasında inanılmaz əlaqə aşkarlandı


Digərləri 01 İyl 2018 21:45:00 233 0

Xərçənglə qocalma arasında inanılmaz əlaqə aşkarlandı

Xərçəngə qarşı dərmanın axtarışları qocalma ilə xərçəng arasında inanılmaz əlaqəni üzə çıxarıb. Alimlər əmin edir ki, bu tapıntı qocalma prosesinin bədxassəli şişlərin inkişafından qorunma mexanizmi olduğunu bir daha isbat edib.

Son.az oxu.az-a istinadən bildirir ki, bu haqda elmi məqalə "Journal of Biological Chemistry" jurnalında dərc olunub.

"Çox sevinirik ki, qocalma ilə xərçəngə tutulma riski arasında əlaqəni üzə çıxaran azı bir qoruyucu mexanizmi tapa bilmişik. Nəticədə həm bu, həm də digər problemi aradan qaldıra biləcəyimizə ümid edirik.", - deyə Cənubi Kaliforniya Tibb Universitetinin tədqiqat qrupunun üzvü Besim Öğretmen bildirib.

Bioloji nöqteyi-nəzərindən, döl hüceyrələri və embrionun kök hüceyrələri faktiki olaraq ölümsüzdür. Onlar münasib şəraiti olan mühitdə faktiki olaraq müddətsiz şəkildə yaşaya və dəfələrlə parçalana bilər.