Vəzifəli şəxsin qardaşı oğlu dənizdə boğuldu


Digərləri 01 İyl 2018 12:19:00 267 0

Vəzifəli şəxsin qardaşı oğlu dənizdə boğuldu

Xəzər dənizinin Xaçmazın Müqtədir qəsəbəsi sahillərində bir nəfər dənizdə batıb.

Son.az APA-ya istinadən bildirir ki, Quba rayon sakini Səttərov Alim Rizvan oğlu sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. 

Dünyasını dəyişən şəxs Qafqaz Müsəlmanları İdarəsinin Quba nümayəndəliyinin rəhbəri Naib Səttərovun qardaşı oğludur.

Qeyd edək ki, ötən gün daha iki nəfər Müqtədir qəsəbəsində dənizdə batıb.  Onlardan birinin meyiti tapılıb, digər şəxsin axtarışları davam etdirilir.