“Qazprom” qazın topdansatış qiymətini qaldırdı


Digərləri 01 İyl 2018 09:06:00 258 0

“Qazprom” qazın topdansatış qiymətini qaldırdı

Rusiyanın "Qazprom" konserni iyulun 1-dən qaza olan topdansatış qiymətlərini bütün istehlakçı kateqoriyalar üçün 3,4 faiz  qaldırıb.

Son.az APA-ya istinadən bildirir ki, müvafiq qərar Rusiya Antiinhisar Xidməti tərəfindən qəbul edilib.   

Məlumata görə, 11 may tarixli əmr Ədliyyə Nazirliyində iyunun 19-da qeydə alınıb.