Hər kəsin gözü önündə bədənini kişilərə satan 19 yaşlı oğlan: "Almaniyaya gedə bilməsəm, intihar edəcəm"


Digərləri 01 İyl 2018 01:30:00 354 0

Hər kəsin gözü önündə bədənini kişilərə satan 19 yaşlı oğlan: "Almaniyaya gedə bilməsəm, intihar edəcəm"

19 yaşlı əfqanıstanlı qaçqın oğlan Yunanıstanın paytaxtı Afinadakı Omoniya meydanında 20 avro qarşılığında kişilərlə cinsi əlaqəyə girir.

Son.az xəbər verir ki, bədənini kişilərə satdığını ailəsindən gizlətdiyi üçün gerçək adını açıqlamayan gənc Almaniyaya gedə bilməsə, intihar edəcəyini deyib.

O bildirib ki, Yunanıstandakı bütün qoca kişilər cinsi əlaqə tələbatını ödəmək üçün məhz Omoniya meydanına gəlir: "Bu işi görmək məcburiyyətindəyəm. Əslində ayıbdır. Mən homoseksual deyiləm. Sadəcə küçədə yaşayırsınızsa, buna məcbursunuz".