DÇ-2018: Uruqvay 1/4 finala çıxıb, Portuqaliya turnirlə vidalaşıb
Digərləri 30 İyn 2018 23:56:01 252 0
Lionel Messidən sonra Kriştianu Ronaldu da mundiala vida edib
"Report"un məlumatına görə, Soçidəki "Fişt" stadionunda Uruqvay və Portuqaliya milliləri qarşılaşıb.
Görüş cənubi amerikalıların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Uruqvayın hər iki qolunu 7-ci və 62-ci dəqiqələrdə Edinson Kavani vurub. Portuqaliya millisindən isə 55-ci dəqiqədə Pepe fərqlənib.
Beləliklə, 1/4 finalda Fransaya Uruqvay yığması rəqib olub. Bu görüş iyulun 6-da keçiriləcək.
Digər tərəfdən, argentinalı Lionel Messidən sonra portuqaliyalı Kriştianu Ronaldu da mundialla vidalaşıb. DÇ-2018-in qalan oyunları dünyanın iki ən yaxşı futbolçusu olmadan davam edəcək.
DÇ-2018, 1/8 final
22:00. Uruqvay - Portuqaliya - 2:1
Qol: Edinson Kavani, 7; 62 - Pepe, 55
Hakimlər: Sizar Ramos, Marvin Torrentera, Migel Hernandez (hamısı Meksika), Jair Marrufo (ABŞ)
Soçi, "Fişt" stadionu.