İnsan günorta namaz qılmağa imkan tapmayacağını bilirsə...


Digərləri 30 İyn 2018 22:15:00 258 0

İnsan günorta namaz qılmağa imkan tapmayacağını bilirsə...

İnsan günorta namaz qılmağa imkan tapmayacağını bilirsə, səhər evdən çıxmazdan əvvəl zöhr və əsr namazlarını da qıla bilərmi?

Son.az islam.az-a istinadən bildirir ki, namazla bağlı əsas hökmlərdən biri də namaz vaxtlarına riayət etməkdir. Şəriətə görə, hər namazın qılınma vaxtı vardır, bu vaxt daxil olmazdan əvvəl və bitdikdən sonra həmin namazı qılmaq olmaz, əks halda qılınan namaz batildir. Zöhr və əsr namazlarının vaxtı zöhr anından, yəni günortadan başlayır və məğrib azanına kimi davam edir. Bu iki namaz həmin vaxt aralığında ardıcıllığı gözləmək şərti ilə (əvvəlcə zöhr, sonra əsr namazı) qılınmalıdır. Zöhr anı daxil olmazdan əvvəl bu namazları qılmaq olmaz, qılınsa batil sayılar.