Qəbiristanlıq oğruları yaxalandı


Digərləri 30 İyn 2018 20:59:00 267 0

Qəbiristanlıq oğruları yaxalandı

Qəbiristanlıqların birindən 10 qəbirin ətrafına çəkilmiş məhəccərin qapılarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Valeh Babayev və Fərid Əliyev saxlanılıb.

Son.az lent.az-a istinadən xəbər verir ki,  iyunun 28-nə keçən gecə Sabunçu qəsəbəsi ərazisindəki qəbiristanlıqların birindən 10 qəbirin ətrafına çəkilmiş məhəccərin qapılarının oğurlanması barədə  Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə müraciət daxil olub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onların Bakı şəhər sakinləri Valeh Babayev və Fərid Əliyev olduqları müəyyən edilib.