Aşan ağaclar yenə təhlükə yaratdı VİDEO


Digərləri 30 İyn 2018 21:03:00 268 0

Aşan ağaclar yenə təhlükə yaratdı  VİDEO

Paytaxtın Binəqədi rayonunda aşan ağaclardan biri Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən kəsilib. Birliyin nümayəndələri qurumuş və aşmaq təhlikəsi olan digər ağacı isə kəsməyiblər. Bildirilib ki, bunun üçün mütləq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin göstərişi olmalıdır. Lakin əməkdaşlarımızın yerində müdaxiləsi nəticəsində həmin problem də həll edilib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, qəzalı vəziyyətdə olan ağaclardan biri kəsilsə də, digəri üçün akt tələb olundu.

Paytaxtın Binəqədi rayonu 6-cı mikrorayon, Svetlana Məmmədova küçəsi 201 ünvanındakı irigövdəli ağaclardan biri bir neçə gün əvvəl digər ağacların üzərinə aşıb. Sakinlərin aidiyyəti qurumlara müraciətindən sonra bu gün həmin ağac Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən kəsilib.

Aşan ağac kəsilsə də, bir neçə metr aralıda yerləşən qurumuş və aşmaq təhlükəsi olan digər ağacı kəsməkdən imtina ediblər. Birliyin əməkdaşları bildiriblər ki, onların yalnız ağacı budamaq səlahiyyətləri var. Ağacı kəsmək üçün isə sakinlər müvafiq qurumlara müraciət etməli, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ağacın kəsilməsi barədə qərar verilməlidir. Yalnız bundan sonra Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları həmin ağacı kəsə bilərlər.


Xəbərə aid video