Həzrət İsanın ölülərlə söhbətindəki ibrət


Digərləri 30 İyn 2018 19:50:00 218 0

Həzrət İsanın ölülərlə söhbətindəki ibrət

İmam Sadiq (ə) nəql edir: "İsa ibn Məryəm (ə) tərəfdaşları ilə birlikdə bir şəhərdən keçirdi ki, küçə və evlərdə olan insanların hamısı ölmüşdülər.

Həzrət (ə) buyurur: "Bunlar İlahi əzaba düçar olublar, əgər təbii ölümlə ölsəydilər, dəfn olunardılar".

Son.az deyerler.org-a istinadən bildirir ki, Tərəfdaşları deyir: "Onların dastanını bilmək istəyirik".

Allah İsaya (ə) vəhy edir: "Ölülərlə söhbət et".

İsa (ə) fəryad çəkir: "Ey şəhər əhli!".

Ölənlərdən biri "Ləbbeyk!" deyir. İsa (ə) ondan macəranı soruşur.

Deyir: "Xoşluqda yaşadıq və bədbəxtliyə haviyəyə düçar olduq".

İsa (ə) soruşur: "Haviyə nədir?".

Deyir: "Atəş dənizidir ki, orada əzab dağları qərar tutur".

Buyurur: "Bəs niyə ora giriftar oldunuz?".