İnsanların ölümdən qorxmasının səbəbi nədir?


Digərləri 30 İyn 2018 19:20:00 247 0

İnsanların ölümdən qorxmasının səbəbi nədir?

Ölüm inkar olunmaz bir həqiqətdir. Quran hər kəsin ölümü dadacağını qəti şəkildə bəyan edir. Buna baxmayaraq hələ də insanlar ölümün qarşısını almaq barədə düşünürlər. Bu da, bu kimi insanların ölümün həqiqətini anlamamaqdan irəli gəlir. İslam etiqadına əsasən ölüm yox olmaq deyil, yer və forma dəyişməkdir.

Lakin bununla belə, bu həqiqəti bilənlər də ölümdən qorxur. Elə isə biz ölümdən nə üçün qorxuruq?

Son.az islaminıesi.info-ya istinadən bildirir ki, bu barədə bir neçə fikrin üzərində dayanmaq olar. Bunlardan ən başlıcası (1-ci) ölümün həqiqətini dərk etəməməyimizdir. Hərçənd bunun əksini iddia etsək belə. Əyər qotxuruqsa demək hələ ölümün həqiqətini dərk etməmişik.

İmam Hadi (ə) bu barədə öz səhabələrindən birinə buyurur: "Ey Əbdullah! Sən ölümdən qorxursan. Çünki sən hələ onun həqiqətin dərk etməmisən."

İmam Baqir (ə) isə ölüm anını belə vəsf edir: "Ölüm yuxu kimidir. Qorxmayın!"

2-ci əsas səbəb isə  insanın bu həyatdan ayrılmaq istəməməsidir. İnsan burdakı işlərini və ya yaxınlarını tərk etmək istəmir. Bu tərk ona ağır gəlir və ya özündən sonrakılar üçün qorxur. Bu maddi bağlılığdır.