Gimnast Səməd Məmmədli: Mənim üçün Milli Gimnastika Arenasında çıxış etmək çox rahatdır


Digərləri 30 İyn 2018 11:35:20 485 0

Gimnast Səməd Məmmədli: Mənim üçün Milli Gimnastika Arenasında çıxış etmək çox rahatdır

İdman gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatında gənclər kateqoriyasında birinci olmuş gimnast Səməd Məmmədli öz çıxışını orta qiymətləndirib

Bakı. Cani Babayeva - İdman gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatında gənclər kateqoriyasında birinci olmuş gimnast Səməd Məmmədli öz çıxışını orta qiymətləndirib. İdmançı Trend-ə bildirib ki, çıxışında hər şey planlaşdırdığı kimi alınmayıb. O, həmçinin qeyd edib ki, Milli Gimnastika Arenasında idmançılar üçün bütün lazımi şərait yaradılıb: “Mən birinci dəfə deyil ki, Milli Gimnastika Arenasında çıxış edirəm. Burada hər zaman təşkilatçılıq möhtəşəmdir və mənim üçün burada çıxış etmək çox rahatdır”.