Bakıdakı "cərimə meydançası"ndakı yanğına görə DYP sərt tənqid edildi


Digərləri 30 İyn 2018 10:29:54 295 0

Bakıdakı "cərimə meydançası"ndakı yanğına görə DYP sərt tənqid edildi

Son.az xəbər verir ki, yol-nəqliyyat məsələləri üzrə tanınmış ekspert, hüquqşünas Ərşad Hüseynov iyunun 29-da Bakıdakı el arasında "cərimə meydançası" deyilən Dövlət Yol Polisinin (DYP) mühafizə olunan duracağında yanğının baş verməsi ilə bağlı sərt tənqidi fikirlər bildirib.

Bakıda cərimə meydançasında yanğın: 50-yə yaxın avtomobil yandı - YENİLƏNİB - FOTO "Cərimə meydançası"nda baş vermiş yanğının 2 ciddi problemi bir daha qabartdığını qeyd edən ekspertin fikrincə, əvvəla duracaq lazımi səviyyədə mühafizə olunmayıb: 

"Camaatın "cərimə meydançası" dediyi həmin yerin rəsmi adı "DYP-nin mühafizə olunan duracağı"dır. Bəli, mühafizə olunan. Amma təkcə avtomobillərin öz sahiblərindən mühafizə olunması mənasında yox, həm də sözün geniş mənasında, hərtərəfli mühafizə, o cümlədən yanğından mühafizə. Lakin hadisə yerindən çəkilən fotolardan görünür ki, oranı hətta ot-cəngəl basıb. İndiki 40 dərəcəlik istidə də həmin qurumuş otlara, sadəcə, söndürülməmiş siqaret kötüyü də bəs edir ki, belə yanğın olsun. Həmin meydançada nəinki asfalt örtük, hətta onun üstündə avtomobillərin duracağa qoyulma yerini bildirən xətlər və digər abadlaşma əlamətləri də olmalıydı. Özü də bunu etmək çətin deyil axı".