Avtobusla hansı ölkəyə neçəyə getmək olar?


Digərləri 30 İyn 2018 09:07:00 481 0

Avtobusla hansı ölkəyə neçəyə getmək olar?

Bakı Beynəlxalq Avtovağzalından dünyanın bir çox ölkəsinə səyahət üçün marşrutlar fəaliyyət göstərir

.

Müəyyən edilən qiymətlər isə hər bir vətəndaşın cibinə uyğundur.

Son.az axar.az-a istinadla xəbər verir ki, bu gün Beynəlxalq Avtovağzaldan dünyanın 33 ölkəsinə birbaşa avtobus gedir.

Bakıdan avtobusla ən ucuz səyahət 12 manatadır ki, bununla da Gürcüstanın Laqodexi və Tiflis şəhərlərinə getmək olar. Ən yüksək qiymətli səyahət isə Bolqarıstanın Sofiya və Rusiyanın Perm şəhərlərinədir. Bu səyahətlərin qiyməti baqajsız 130 manatdır.

Bundan başqa, Rusiyanın Naberejnı Çelna və Nijni Novqorod şəhərlərinə 110, Sankt-Peterburq şəhərinə isə 120 manata getmək mümkünüdür.