İsrail suriyalı qaçqınları qəbul etməkdən imtina edib


Dünya 30 İyn 2018 08:58:00 285 0

İsrail suriyalı qaçqınları qəbul etməkdən imtina edib

İsrail suriyalı qaçqınları ərazisinə qəbul etməkdən imtina edib.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə ölkənin müdafiə naziri Aviqdor Liberman bildirib.

"Biz İsrail dövlətinin təhlükəsizlik sahəsində maraqlarını müdafiə edəcəyik. Həmişə olduğu kimi, dinc sakinlərə - qadınlara, uşaqlara istənilən humanitar yardımı etməyə hazırıq. Lakin heç bir suriyalı qaçqını öz ərazimizə buraxmayacağıq", - deyə İsrailin "7-ci kanal"ı ona istinadən bildirib.