5Gni dəstəkləyən ilk smartfon təqdim ediləcək


Digərləri 30 İyn 2018 08:31:00 284 0

5Gni dəstəkləyən ilk smartfon təqdim ediləcək

Çinin elektronika nəhənginin nümayəndələri yeni mobil rabitə standartının inkişaf planları haqda məlumat veriblər.

Son.az ICTnews-a istinadən bildirir ki, "Huawei" şirkəti 2019-cu il martın əvvəlində "5G" mobil rabitəsi üçün komponentlər təqdim edəcək. Şirkət 2019-cu ilin iyununda "5G" texnologiyasını dəstəkləyən ilk smartfonunu təqdim edəcək. Bu haqda şirkətin icraçı direktoru Erik Syuya istinadən "Digitimes" nəşri yazıb.

"5G" mobil rabitəsinin dəstəyi "Wi-Fi" qoşulma olmadan canlı yayım aparmağa, artırılmış və ya virtual reallığa malik proqramlardan istifadəyə  imkan verəcək. "Huawei" şirkəti "5G" mobil rabitəsinin hazırlanmasında aktiv iştirak edir.