Mobil ödəniş servisləri istifadəçilərinin sayı 2 dəfə artacaq


Digərləri 30 İyn 2018 08:21:00 232 0

Mobil ödəniş servisləri istifadəçilərinin sayı 2 dəfə artacaq

Kontaktsız mobil ödənişlər bazarında vəziyyəti tədqiq edən "Juniper Research" şirkəti iki ildən sonra bu servislərdən istifadə edənlərin sayının təxminən 2 dəfə artacağını proqnozlaşdırır.

Son.az ICTnews-a istinadən bildirir ki, tədqiqatçıların proqnozuna görə, 2018-ci ilin sonunda "Apple Pay", "Samsung Pay" və "Google Pay" kimi servislərdən dünyada 440 milyon istifadə edəcək, 2020-ci ilədək isə onların sayı 760 milyona çatacaq.

Avadanlıq istehsalçıları (Apple Pay, Samsung Pay, Google Pay) tərəfindən istifadəyə verilən ödəniş sistemlərinin auditoriyası 450 milyon istifadəçi təşkil edəcək, "Apple Pay" servisinin müştəri bazasında payı 50 faizə yaxın olacaq.

2023-cü ilədək "Apple", "Samsung" və "Google" şirkətlərinin kontaktsız mobil ödənişlər istifadəçiləri arasında ümumi payı builki 50 faizdən 60 faizədək artacaq. Bundan əlavə, digər istehsalçılara məxsus servislərin (Huawei Pay, Xiaomi Pay, Fitbit Pay, Garmin Pay və s.) istifadəçilərinin sayı 2020-ci ilədək 20 milyonu ötəcək.