Bakıda yol qəzası olub, xəsarət alanlar var FOTO


Digərləri 30 İyn 2018 08:28:00 189 0

Bakıda yol qəzası olub, xəsarət alanlar var  FOTO

Bakıda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Son.az "Report"a istinadən bildirir ki, hadisə Heydər Əliyev prospektində baş verib.

Belə ki, "KİA" markalı, "90-TK-244" seriya nişanlı avtomobil "Mercedes" markalı avtomobillə toqquşub. "KİA" daha sonra idarəetmədən çıxaraq, yol kənarındakı dəmir maneəyə çırpılıb. Hadisə nəticəsində iki nəfər - "KİA"nın sürücüsü sürücüsü və avtomobildə olan sərnişin xəsarət alıb. Əraziyə cəlb edilmiş Dövlət Yol Polisi əməkdaşları avtomobildə sıxılmış vəziyyətdə qalan sürücünü və sərnişini nəqliyyat vasitəsindən çıxarıblar.

Məlumata görə, hadisəyə yüksək sürət səbəb olub.

Faktla bağlı araşdırma aparılır.


Xəbərə aid fotolar