Anomal istilər zamanı günvurmadan necə qorunmaq olar?


Digərləri 29 İyn 2018 23:54:00 292 0

Anomal istilər zamanı günvurmadan necə qorunmaq olar?

Yay gələndən bəri 16 nəfər günvurma ilə əlaqədar paytaxtın təcili yardım stansiyalarına müraciət edib.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini İradə Əliyeva bildirib. O, son bir neçə gündür davam edən anomal istilərdən qorunmaq barədə bunları deyib: "Anomal istilərin davam etdiyi günlərdə küçəyə çıxarkən baş örtüklərindən istifadə etmək və ya çətir götürmək lazımdır. Kətan və pambıqdan hazırlanan papaq və ləçək istidən daha yaxşı qoruyur. Eyni zamanda, dar sintetik geyimlərdən imtina etmək, bədəndən istiliyin çıxmasına mane olmayan pambıq və kətan parçalardan tikilmiş geyimlərə üstünlük vermək məsləhətdir, çünki bədəndə istilik buxarlanmayanda istivurma və günvurma müşahidə olunur. Bundan başqa, günvurma zamanı dəridə yanıqlar da əmələ gəlir. İmmuniteti zəif olanlar, xroniki xəstəlikdən əziyyət çəkənlər, alkoqollu içki qəbul edənlər günvurmaya daha çox məruz qalırlar".