Azərbaycan neftinin SON QİYMƏTİ


Digərləri 29 İyn 2018 23:43:00 411 0

Azərbaycan neftinin SON QİYMƏTİ

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 28-də 78,61 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,34 dollar dollar/barel azdır. Son.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyunun 28-də 77,98 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,34 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyunun 28-də 74,67 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,29 dollar/barel azdır.