Kanada ABŞdan idxal olunan mallara rüsum tətbiq edəcək


Dünya 29 İyn 2018 21:50:00 291 0

Kanada ABŞdan idxal olunan mallara rüsum tətbiq edəcək

Kanada iyulun 1-dən ABŞ-dan polad, alüminium, habelə idxal olunan digər mallara 16,6 milyard Kanada dolları (12,6 milyard ABŞ dolları - red) məbləğində rüsum tətbiq edəcək.

Son.az report.az-a istinadən bildirir ki, bu barədə Kanada hökumətinin saytında, ölkənin Xarici İşlər Nazirliyinə istinadən yayılan məlumatda bildirilir.

Sənəddə vurğulanır ki, yeni ticarət tədbirləri birbaşa və mütənasib olaraq, ABŞ-ın alüminiuma və idxal olunan digər mallara rüsum tətbiq etməsinə cavabdır. Cavab rüsumlarının tətbiqi barədə ölkənin xarici işlər naziri Xristya Friland yerli telekanalların efirində elan edib.