"ABŞ ÜTTdən çıxmayacaq"


Dünya 29 İyn 2018 21:35:00 272 0

"ABŞ ÜTTdən çıxmayacaq"

ABŞ Ümumdünya Ticarət Təşkilatından (ÜTT) çıxmaq niyyətində deyil.

Son.az APA-ya istinadən bildirir ki, bunu ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bəyan edib.

"Prezident Trampın Ümumdünya Ticarət Təşkilatı ilə bağlı iradları var. O Təşkilatda ədalətsiz aspektlərin mövcudluğu, Çin və digər ölkələrin bundan öz maraqları üçün istifadə etməsindən narahatdır. Lakin biz azad ticarətin tərəfdarıyıq", deyə S.Mnuçin qeyd edib.