Azərbaycanda çimərliklərə giriş neçəyədir?


Digərləri 29 İyn 2018 21:10:00 401 0

Azərbaycanda çimərliklərə giriş neçəyədir?

Yay mövsümünün başlaması ilə çimərliyə gedənlərin də sayı artıb. Buna görə də dənizkənarında yerləşən məkanlar qiymətlərdə dəyişikliklər ediblər. 

Ötən illərə nisbətən çimərliklərə giriş qiymətlərində də xeyli dəyişikliklər var. Hətta bəzi məkanlar xarici vətəndaşlar üçün qiymətləri daha yüksək ediblər. 

Son.az axşam.az-a istinadən dənizkənarı istirahət mərkəzlərinin qiymətlərini təqdim edir:

Mərdəkanda yerləşən "Dalga Beach-Aqua Park" istirahət mərkəzinə girişin qiyməti həftəiçi 35 AZN, şənbə-bazar günləri isə 50 AZN-dir. 6 yaşa kimi uşaqlar üçün ödəniş edilmir. 6 yaşdan yuxarı uşaqlar üçün 15 AZN ödəniş olmalıdır. Xarici vətəndaşlar həftəiçi giriş 50 manat, həftəsonu isə 70 manatdır. 

Nardaranda yerləşən "Sea Breeze hotel" qiymətlər həftənin bütün günü üçün 20 manatdır.

Hövsanda yerləşən "Halikarnas Balıkçısı"nda həftəiçi giriş 10 manatdır. Həftəsonu isə 15 manatdır. Bura dəsmal, "lejanka" və çətirli masa daxildir. Özünüzlə yemək və içki gətirməyə icazə verilmir.

Novxanıda yerləşən "Af Hotel Aqua Park"a girişin qiyməti 15 AZN-dir. 12 yaşdan yuxarı uşaqlar üçün 10 manat ödənilməlidir. 2 yaşına kimi uşaqlara isə giriş pulsuzdur.