TÜRKSOY-un 25 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib


Digərləri 29 İyn 2018 20:51:14 146 0

TÜRKSOY-un 25 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib

Yubiley konsertində Türk dünyasının tanınmış bəstəkarlarının əsərləri səsləndirilib

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında TÜRKSOY-un 25 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib.

"Report"un məlumatına görə, tədbiriTÜRKSOY-un baş katibi Düsen Kaseinov açaraqbildirib ki, Türk dünyasının YUNESKO-su olaraq tanınan təşkilatın 25-ci ildönümü adına layiq şəkildə qeyd olunur: "Yubiley tədbirləri Azərbaycanla yanaşı, digər türk dövlətlərində də qeyd olunacaq. Bu il həm də Azərbaycan Xalq Cümhuriyyətinin və görkəmli bəstəkar Qara Qarayevin 100 iliyi qeyd edilir. Bu münasibətlə bütün Azərbaycan qardaşlarımızı təbrik edirəm".

Mədəniyyət Nazirliyinin dəstəyi ilə baş tutan gecədə Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Qazaxıstanın “Murager” mahnı və rəqs ansamblı, Türkiyə, Özbəkistan, Qırğızıstan, Başqırdıstan və Tuvadan dəvət olunan musiqiçilər iştirak ediblər.

Yubiley konsertində Türk dünyasının tanınmış bəstəkarlarının əsərləri səsləndirilib.

Qeyd edək ki, 1993-cü iliyulun 12-də Qazaxıstanın paytaxtı Almatı şəhərində TÜRKSOY-un yaradılması haqqında Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Türkiyənin mədəniyyət nazirləri tərəfindən protokol imzalanıb. TÜRKSOY türk dövlətlərininmədəniyyətlərinibirləşdirən beynəlxalq təşkilatdır.