Tamaşaçı: Milli Gimnastika Arenasında yarışların təşkili həmişə yüksək səviyyədədir


Digərləri 29 İyn 2018 20:34:48 301 0

Tamaşaçı: Milli Gimnastika Arenasında yarışların təşkili həmişə yüksək səviyyədədir

İdman gimnastikası üzrə Azərbaycan Birinciliyi və Bakı Çempionatı yarışlarını izləmək bizi çox sevindirir.

Bakı. Cani Babayeva - İdman gimnastikası üzrə Azərbaycan Birinciliyi və Bakı Çempionatı yarışlarını izləmək bizi çox sevindirir. Bunu Trend-ə yarışları izləməyə gəlmiş tamaşaçı Solmaz Əhmədova deyib. Tamaşaçı xanım bildirib: "Bu gün bu yarışlarda iştirak edən nəvəmin çıxışlarını izləməyə gəlmişəm. Çox ümid edirəm ki, o, idmanda böyük nailiyyətlər qazanacaq və Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil edəcək". Tamaşaçı daha sonra qeyd edib ki, ölkədə idman gimnastikası üzrə yarışların keçirilməsi idmançılara yaxşı məşqlər etməyə və qarşıya qoyulmuş məqsədlərə nail olmağa imkan verir: