Cümhuriyyətin və Azərbaycan Ordusunun 100 illiyinə həsr olunan üzgüçülük estafetinin qalibləri mükafatlandırılıb (FOTO)


Digərləri 29 İyn 2018 19:55:15 354 0

Cümhuriyyətin və Azərbaycan Ordusunun 100 illiyinə həsr olunan üzgüçülük estafetinin qalibləri mükafatlandırılıb (FOTO)

Böyük Zirə adası – Dənizkənarı Milli Park marşrutu üzrə təşkil olunan üzgüçülük estafetinin qalibləri mükafatlandırılıb.

Bakı. Azərbaycan Xalq Cümhuriyyətinin və Silahlı Qüvvələrimizin yaradılmasının 100 illik yubileyi münasibətilə Böyük Zirə adası – Dənizkənarı Milli Park marşrutu üzrə təşkil olunan üzgüçülük estafetinin qalibləri mükafatlandırılıb. Trend-in məlumatına görə, mükafatlandırma mərasimində gənclər və idman naziri Azad Rəhimov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyev, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidentləri Çingiz Hüseynzadə və Xəzər İsayev, MOK baş katibinin müavini, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev, Hərbi Dəniz Qüvvələrinin Komandanı vəzifəsini icra edən, 1-ci dərəcəli kapitan Zaur Hümmətov, Dənizkənarı Bulvar İdarəsinin rəisi İlqar Mustafayev, Dövlət Dəniz Agentliyinin sədri Qüdrət Qurbanov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Olimpiya çempionları Namiq Abdullayev, Zemfira Meftahətdinova, Elnur Məmmədli və güc strukturlarının idman cəmiyyətlərinin rəhbərləri iştirak ediblər. Yarışın açılış mərasimində Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.