Baş məşqçi: İdman gimnastikası üzrə Azərbaycan Birinciliyi və Bakı Çempionatı idmançılarımıza güclərini sınamaq üçün yaxşı imkandır


Digərləri 29 İyn 2018 19:47:23 252 0

Baş məşqçi: İdman gimnastikası üzrə Azərbaycan Birinciliyi və Bakı Çempionatı idmançılarımıza güclərini sınamaq üçün yaxşı imkandır

İdman gimnastikası üzrə Azərbaycan Birinciliyi və Bakı Çempionatı Qlazqoda keçiriləcək Avropa çempionatı öncəsi idmançılarımız üçün yaxşı imkandır.

Bakı. Cani Babayeva - İdman gimnastikası üzrə Azərbaycan Birinciliyi və Bakı Çempionatı Qlazqoda keçiriləcək Avropa çempionatı öncəsi idmançılarımız üçün yaxşı imkandır. Bunu Trend-ə Azərbaycanın idman gimnastikası üzrə kişilərdən ibarət yığmasının baş məşqçisi Rza Əliyev deyib. R.Əliyev bildirib: "Avqustda Avropa çempionatı olacaq, biz ora böyük bir heyətlə gedəcəyik. Azərbaycan Birinciliyi və Bakı Çempionatı bizim uşaqlar üçün öz güclərini sınamaq baxımından yaxşı imkandır. İdmançıların hazırlığı yaxşı gedir, məşqlər uğurlu aparılır, gimnastlarımız yaxşı formadadırlar". Baş məşqçi qeyd edib ki, Azərbaycanın gimnastı Səməd Məmmədli 2018-ci ilin oktyabrında Buenos-Ayresdə keçiriləcək Gənclərin Olimpiya Oyunlarında iştirak edəcək: