FHN: Nizami rayonundakı yanğında 51 avtomobil yanıb


Digərləri 29 İyn 2018 18:20:00 589 0

FHN: Nizami rayonundakı yanğında 51 avtomobil yanıb

200 ədəd müxtəlif markalı minik avtomobili və yaxınlıqdan keçən neft boru kəmərləri yanğından mühafizə olunub.

Bakı. Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən avtomobil dayanacağı kimi istifadə olunan ərazidə 3,7 ha quru ot və 51 ədəd müxtəlif markalı minik avtomobilinin (əksəriyyəti qəzaya uğramış və istismara yararsız vəziyyətdə olan) yanar hissələri yanıb. Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, ərazidə olan təxminən 200 ədəd müxtəlif markalı minik avtomobili və yaxınlıqdan keçən neft boru kəmərləri yanğından mühafizə olunub.