Ermənistan prezidenti ABŞ-da işgüzar səfərdədir
Dünya 29 İyn 2018 16:49:29 258 0
ABŞ-ın dövlət katibi onu qəbul edəcək
ABŞ-ın dövlət katibi Maykl Pompeo Ermənistan prezidenti Armen Sarkisyanı iyunun 29-da gecə saatlarında qəbul edəcək.
“Report” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, Ermənistan prezidenti Armen Sarkisyan iyunun 27-dən ABŞ-da işgüzar səfərdədir. O, Amerika Erməni Assambleyasının rəhbərləri və erməni diaspor üzvləri ilə bir sıra görüşlər keçirib.
Mənbə: report.az