Mikroavtobus ağaca çırpılıb aşdı:


Digərləri 29 İyn 2018 16:26:00 251 0

Mikroavtobus ağaca çırpılıb aşdı:

Zaqataladan Mingəçevirə gedən mikroavtobus qəzaya uğrayıb. 

Son.az ARB TV-yə istinadla xəbər verir ki, hadisə Yevlax-Zaqatala- Gürcüstan yolunun Qax rayonunun Tanqıt kəndindən keçən hissəsində qeydə alınıb.

İdarəetmədən çıxan "Mercedes" markalı mikroavtobus yolun kənarında ağaca çırpılıb. 

Nəticədə mikrovatobusun sürücüsü, Zaqatala rayonunun Qanqax kənd sakini, 42 yaşlı İlkin Əliyev hadisə yerində ölüb. Mikroavtobusda olan sərnişinlərdən 9-u xəsarət alıb. Yaralılar Qax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.  


Xəbərə aid fotolar